Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışını başa vuran "Qarabağ" komandası bu gün Bakıya qayıdıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, baş məşqçi Qurban Qurbanov komandaya iki günlük istirahət verib. Kollektiv yanvarın 29-da yenidən bir araya gələcək.
Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasının XV turunda "Neftçi"ni qəbul edəcək. Oyun fevralın 3-də keçiriləcək.