Tomas Doll Almaniyanın "Hannover" komandasının baş məşqçi postuna təyin olunub.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 53 yaşlı mütəxəssislə 2020-ci il iyunun 30-dək müqavilə bağlanılıb. O, komandaya bu gün təqdim ediləcək. Dollun son iş yeri 2013 - 2018-ci illərdə rəhbərlik etdiyi Macarıstan "Ferentsvaroş"u olub.
Qeyd edək ki, Tomas Doll qeyri-qənaətbəxş nəticələri ilə əlaqədar istefaya göndərilmiş Andre Braytenayteri əvəzləyib. "Hannover" Bundesliqada 19 turdan sonra 11 xalla 18 komanda arasında 17-ci pillədə qərarlaşıb.