
"Qarabağ" komandasının "Neftçi" ilə Topaz Premyer Liqasının XV tur matçı ərəfəsindəki açıq məşqinin məkanı dəyişib.
Klubdan Sportnet.az-a verilən məlumatına görə, hazırlıq prosesi yanvarın 31-də saat 15:30-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq. Daha əvvəl məşqin "Azərsun Arena"da keçiriləcəyi açıqlanmışdı. Məkan dəyişikliyi oyunun da Respublika stadionunda təşkil ediləcəyi ilə əlaqələndirilib.
Qeyd edək ki, açıq məşqin ilk yarım saatı ərzində baş məşqçi Qurban Qurbanov və futbolçuların brifinq keçirəcəkləri gözlənilir.