
"Sumqayıt" komandası Premyer Liqanın III dövrəsinin ilk turunda səfərdə “Qəbələ” ilə keçirəcəyi görüşün hazırlıqlarını davam etdirir.
Sportnet.az-ın məlumatına görə, komanda Ayxan Abbasovun rəhbərliyi altında bu gün “Kapital Bank Arena”nın təbii örtüklü ehtiyat meydanında növbəti məşqini keçirib. Müdafiəçi Şəhriyar Əliyev bərpa prosesi keçdiyi üçün fitness zalında hazırlaşıb. 1.5 saat davam edən məşq prosesi əsasən toplu çalışmalar və müxtəlif taktiki gedişlər üzərində qurulub.
Qeyd edək ki, fevralın 3-də keçiriləcək Qəbələ” – “Sumqayıt” qarşılaşması saat 14:00-da başlanacaq. Qəbələ şəhər stadionunda təşkil olunacaq matç CBC Sport telekanalı ilə canlı yayımlanacaq.