
Azərbaycan Premyer Liqasında XV turun son oyunu "Qarabağ" və "Neftçi" komandaları arasında keçirilib.
Sportnet.az xəbər verir ki, həftənin son oyununda lider "Neftçi" "Qarabağ"ın qonağı olub. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb. Matç erkən qolla başlayıb. Dani Kintana 6-cı dəqiqədə "Qarabağ"ı önə çıxarıb. Ağdamlılar hesabı açdıqdan sonra da hücumlarını davam etdiriblər və 22-ci dəqiqədə 2-ci dəfə fərqlənməyə yaxın olublar. Lakin Mahir Mədətovun zərbəsini Ömər Buludov qapı xəttindən çıxarıb. Bunun müqabilində, qonaqlar 30-cu dəqiqədə hesabı bərabərləşdiriblər. Künc zərbəsindən sonra Mamadu Mboc başla topu tora yollayıb.
Komandalar ikinci hissəyə də qarşılıqlı hücumlarla başlayıblar. Nisbətən üstün görünən meydan sahibləri 50-ci dəqiqədə yenidən önə çıxmağa yaxın olublar. Gəl ki, Dani Kintananın cərimə zərbəsindən vurduğu top azacıq yandan keçib. Bir qədər sonra "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədliyev çıxışda səhvə yol verib. Əvvəlcə Baqali Dabo, qayıdan topda isə "Neftçi"nin yeni transferi Vengelis Platellas şansı boşa verib. Bir qədər sonra isə Emin Mahmudov əlverişli vəziyyətdə "çərçivə"ni düzgün nişan almanaqla qonaq komandanın azarkeşlərini məyus edib.
Qarşılaşmanın 70-ci dəqiqəsində "Neftçi" azlıqda qalıb. Anton Krivotsyuk ikinci sarı vərəqə ilə meydandan qovulub. Bundan 4 dəqiqə sonra Mahir Mədətovun ideal ötürməsini Filip Ozobiç qol çevirə bilməyib. O, 7 metr məsafədən topu yandan vurub. Maçtın sonlarına doğru "Qarabağ" təzyiqi artırsa da, qələbə topunu vura bilməyib. Əvəzində, Ağdam komandasının heyətində 90+2-ci dəqiqədə Qara Qarayev ikinci "sarı"dan sonra qırmızı vərəqə görüb.
Beləliklə, Azərbaycan derbisi 1:1 hesablı heç-heçə ilə başa çatıb. Bu bərabərlikdən sonra lider "Neftçi" xalını 34-ə çatdırıb. İkinci sıradakı "Qarabağ"ın 31 xalı var.
Qeyd edək ki, ilk oyun günü meydan sahiblərinin məğlubiyyəti ilə əlamətdar olub. "Keşlə" "Səbail"ə 3, "Zirə" isə "Sabah"a 2 cavabsız qolla uduzub. Bu gün baş tutan digər qarşılaşmada "Qəbələ" evdə "Sumqayıt"ı tək qolla üstələyib.
---------------------------
Azərbaycan Premyer Liqasında XV turun daha bir görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, turun ikinci oyun gününün ilk matçında "Qəbələ" və "Sumqayıt" komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi görüşdə yeganə qolu 84-cü dəqiqədə Stiven Jozef-Monroz vurub.
Görüşün ilk yarısında "Sumqayıt" daha fəal təsir bağışlayıb. Bu zaman "Qəbələ" əks-hücum taktikasına daha çox önəm verib. Qonaqların hücumçuları sonluqda dişsiz təsir bağışlayıblar. Meydan sahiblərinin hücumları isə daha kəsərli olub.
Fasilədən sonra "qırmızı-qaralar" tədricən təşəbbüsü ələ alıblar. Hissənin ortalarında təhlükəli kombinasiyadan sonra Ceyms Adeniyinin zərbəsi qapı tirinə tuş gəlib. "Qəbələ" növbəti təhlükəli vəziyyətində isə hesabı açıb. Jozef-Monroz uzaqdan zərbə ilə hesabı açıb. Bundan sonra kapitan Cavid Hüseynovun da hesabı artırmaq üçün imkanı olub. Lakin o, komanda yoldaşına ötürmə vermək əvəzinə qapıya uğursuz zərbə endirib.
"Qəbələ bu qələbə sayəsində xallarını 20-yə çatdıraraq, xal sayında 4-cü pilləyəki "Sabah"la bərabərləşib. 17 xala malik "Sumqayıt" isə 6-cı pillədə qalıb və "qırmızı-qaralar"dan 5 xal geri düşüb.
Tura saat 18:30-da başlanacaq "Qarabağ" - "Neftçi" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, ilk oyun günündə səfərdə "Sabah" "Zirə"yə 2:0, "Səbail" "Keşlə"yə 3:0 hesabı ilə qalib gəlib.
--------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XV turun daha iki oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" doğma azarkeşlər önündə "Sumqayıt"la qarşılaşacaq. Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv çempionatda "gənclik şəhəri" təmsilçisinə qarşı keçirdiyi 26 matçın hamısında qol vurmağı bacarıb və ev oyunlarının heç birində məğlub olmayıb. "Sumqayıt" həmçinin altı oyundur ki, "Qəbələ"ni məğlub edə bilmir. 26 oyunun 16-da "Qəbələ", 2-də isə qonaqlar qələbə qazanıbsa, 8 qarşılaşma heç-heçə yekunlaşıb. Topların fərqində də əyalət təmsilçisinin aşkar üstünlüyü var - 46:20. "Qəbələ" hazırda 17 xalla beşinci, "Sumqayıt" isə 15 xalla altıncıdır.
XV tura mərkəzi qarşılaşma ilə yekun vurulacaq. Son ölkə çempionu "Qarabağ" lider "Neftçi"nin müqavimətini qırmağa çalışacaq. Azərbaycan çempionatlarının daimi iştirakçıları yubiley – 75-ci çempionat oyununda üz-üzə gələcək. "Neftçi" son 4 matçda rəqibinə məğlub olmamaqla yanaşı, ardıcıl 3 oyundur rəqib qapısına yol tapa bilir. Bu vaxta qədər keçirilmiş 74 oyunun 27-də Ağdam təmsilçisi, 20-də isə flaqman meydanı qələbə ilə tərk edib. 27 qarşılaşmada isə qalib müəyyənləşməyib. Topların fərqində də "köhlən atlar" öndədir - 78:68. "Neftçi" hazırda 33 xalla birinci, "Qarabağ" isə 30 xalla ikinci sıradadır.
Qeyd edək ki, turun digər matçlarında "Sabah" səfərdə "Zirə"ni 2:0, "Səbail" isə "Keşlə"ni 3:0 hesabı ilə məğlub edib.
Azərbaycan Premyer Liqası, XV tur
3 fevral (bazar)
14:00. “Qəbələ” – “Sumqayıt” - 1:0
Qol: Stiven Jozef-Monroz, 84
3 fevral 2019. Saat 14:00. Qəbələ şəhər stadionu, 530 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Rza Məmmədov
Dördüncü hakim: Kamal Umudlu
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Şaiq Həmidov
Sarı vərəqələr: Davit Volkov, 43 (qeyri-idman hərəkəti); Amin Seydiyev, 57 (qeyri-idman hərəkəti); Urfan Abbasov, 79 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - yoxdur.; II hissədə - 3 dəq.
“Qəbələ”: 22. Dmitri Bezotosnı 34. Urfan Abbasov 14. Cavid Hüseynov (k) 4. Elvin Camalov 3. Voislav Stankoviç 21. Atakora Lalavele 17. Ceyms Adeniyi 28. Stiven Monroz 9. Davit Volkov (88. Sabien Lilay, 81) 27. Bəhlul Mustafazadə 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 1. Anar Nəzirov 35. Murad Popov 5. Rasim Ramaldanov 18. İlqar Qurbanov 8. Qismət Alıyev 7. Roman Hüseynov 98. Rövlan Muradov
Baş məşqçi: Sənan Qurbanov
“Sumqayıt”: 12. Rəşad Əzizli 21. Arif Daşdəmirov 2. Rail Məlikov (70. Ülvi İsgəndərov, 87) 3. Vurğun Hüseynov (k) 99. Əli Babayev 10. Aleksey İsayev 22. Əfran İsmayılov 7. Cavid Tağıyev (11. Atilla Yıldırım, 64) 5. Adil Nağıyev 8. Peyman Babayi (15. Əmir Ağayev, 69) 74. Yusif Nəbiyev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 60. Elvin Məmmədov 17. Nicat Qurbanov 50. Peyman Keşavari 9. Ehtiram Şahverdiyev 97. Xəyal Nəcəfov 77. Murad Xaçayev 18. Süleyman Əhmədov
Baş məşqçi: Ayxan Abbasov
18:30. “Qarabağ” – “Neftçi” - 1:1
Qollar: Dani Kintana, 6 - Mamadu Mboc, 30
Tofiq Bəhramov adına Respublika Stadionu, 6000 tamaşaçı
Baş hakim: Rəvan Həmzəzadə
Baş hakimin köməkçiləri: Knyaz Əmiraslanov, Vüqar Bayramov
Dördüncü hakim: Səbuhi Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sarı vərəqələr: Mahir Mədətov, 32 (hakimin qərarına etiraz); Qara Qarayev, 90 (qeyri-idman hərəkəti), 90+2 (qeyri-idman hərəkəti) - Mamadu Mbodj, 28 (qeyri-idman hərəkəti); Baqali Dabo, 35 (qeyri-idman hərəkəti); Anton Krivotyuk, 50 (qeyri-idman hərəkəti), 70 (qeyri-idman hərəkəti)
Qırmızı vərəqələr: Qara Qarayev, 90+2 - Anton Krivotsyuk, 70
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - 3 dəq.
“Qarabağ”: 12. Şahrudin Məhəmmədəliyev 55. Bədavi Hüseynov 14. Rəşad Sadıqov (k) 5. Maksim Medvedev 2. Qara Qarayev 20. Riçard Almeyda 17. Abdullah Zubir (9. Araz Abdullayev, 69) 77. Donald Gerrye 19. Filip Ozobiç 10. Dani Kintana 11. Mahir Mədətov
Ehtiyat oyunçular: 1. Hannes Halldorsson 13. Vaqner da Silva 4. Rahil Məmmədov 30. Abbas Hüseynov 52. Yakub Jezniçak 25. Ansi Aqolli 6. Simeon Slavçev 7. İnnosent Emeqara 18. İsmayıl İbrahimli 21. Hacıağa Hacılı
Baş məşqçi: Qurban Qurbanov
“Neftçi”: 1. Səlahət Ağayev 18. Tural Axundov 8. Emin Mahmudov (k) (36. Mamadu Kane, 67) 22. Mirabdulla Abbasov (77. Elvin Sərkərov, 74) 25. Kiril Petrov 93. Soni Mustivar 9. Baqali Dabo 3. Mamadu Mbodj 11. Vangelis Platellas (6. Qoran Paratski, 81) 5. Anton Krivotsyuk 26. Ömər Buludov
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov 12. Kamran İbrahimov 15. Ruslan Abışov 21. Məhəmməd Mirzəbəyov 17. Rəhman Hacıyev 7. Namiq Ələsgərov 33. Turan Vəlizadə 32. Mirkamil Əliyev 70. Əli Şirinov
Baş məşqçi: Roberto Bordin.