“Dəvət olunduğum gündən bu qısa müddətdə komanda üçün əlimdən gələni etməyə çalışmışam. İndi belə vəziyyət yarandı ki, bu baxımdan da köməyim lazımdır. Mən də etiraz etmədim".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"yə sənəd üzərində baş məşqçi təyin olunmuş Zaur Həşimov deyib. Gənc mütəxəssis komandaya xeyrinin dəyməsindən məmnunluq ifadə edib: "Mənim üçün də xoşdur ki, komandaya xeyrim dəyir. Amma bütün baş məşqçi səlahiyyətləri yenə Sənan Qurbanovdadır və görüşlə bağlı sualları da ona ünvanlaya bilərsiniz”.
Qeyd edək ki, "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanovun Pro kateqoriyalı lisenziyası yoxdur. UEFA-nın tələbinə əsasən, baş məşqçi yalnız belə bir kateqoriyaya malik mütəxəssis ola bilər. Ona görə də "qırmızı-qaralar"da bu funksiya sənədlə köməkçi-məşqçi Zaur Həşimova tapşırılıb.