AFFA İntizam Komitəsi "Turan Tovuz" komandasını cərimələyib.
Sportnet.az xəbər verir ki, buna səbəb I Divizionun XIV turunda "Qarabağ-2" ilə ev matçında lazımı inventarların olmamasıdır. Əyalət təmsilçisi bunun üçün 160 manat ödəyəcək. "Turan Tovuz" həmçinin oyunun video yazısını təqdim etmədiyi üçün 80 manat məbləğində də cəzalanıb.
Bundan əlavə "Ağsu" komandası "Zirə-2" ilə oyuna gecikib. Əyalət klubunun ucbatınnan matç 8 dəqiqə gec başladığı üçün klub 240 manat cərimə olunub.
Qeyd edək ki, qarşılaşma "Qarabağ-2"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. AFFA İntizam Komitəsi daha öncə "Qəbələ"yə Azərbaycan Premyer Liqasının XV turunda "Sumqayıt"la matçda lazımı inventarların olmadığı üçün 1600 manat məbləğində cəza kəsib.