Rusiyalı futbolçu Vasili Pavlovun Ukraynanın "Çernomorets" klubuna keçidinin təfərrüatları məlum olub.
Sportnet.az xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin mətbuat katibi Sergey Martınov "Championat.com" nəşrinə məlumat verib.
O, 29 yaşlı hücumçunun özünü Moldova vətəndaşı kimi təqdim etdiyini bildirib: "Oyunçunun keçidi Moldova Respublikasının pasportu ilə qeydə alınıb. Bu baxımdan pis bir şey olmamalı, buna görə də bu mövzunu genişləndirməməlisiniz".
Qeyd edək ki, Vasili Pavlov 2014-cü ildən sonra Ukrayna klubuna keçən ilk rusiyalı olub. O, son olaraq Latviyanın "Ventspils" komandasında çıxış edib. 2014-cu il fevralında Sergey Karetnik Rusiyanın "Kuban-2" komandasından Ukrayna "Metallurq" (Donetsk) klubuna keçib.