
"Sumqayıt" komandası səfərdə "Keşlə" ilə keçirəcəyi Azərbaycan Premyer Liqasının XVI tur matçına itkilərlə çıxacaq.
Bu barədə Sportnet.az-a "gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib. Onun sözlərinə görə, yarımmüdafiəçi Əli Babayev və hücumçu Peyman Babayi autsayderə qarşı forma geyinə bilməyəcək. Babayev ötən tur "Qarabağ"la qarşılaşmada dördüncü sarı vərəqəni alaraq, cəzalı duruma düşüb. Babayi isə 0:2 hesabı ilə uduzduqları görüşün ilk yarısında zədələnib və ikinci hissədə əvəzləməli oldu. Cənubi azərbaycanlı forvardın meydana dönüşü iki həftəyədək çəkəcək.
Qeyd edək ki, fevralın 16-da "ASK Arena"da keçiriləcək "Keşlə" - "Sumqayıt" matçı saat 15:00-da başlanacaq.