"Qəbələ"nin sabiq futbolçusu Lorentso Ebesilio qalmaqal qəhrəmanı olub.
Sportnet.az-ın məlumatına görə, hollandiyalı yarımmüdafiəçinin eyni gündə iki müxtəlif qadından dünyaya gələn iki uşağın atası olduğu iddia edilir. Hazırda Serbiya "Srvena Zvezda"sında çıxış edən oyunçu bunları təkzib etsə də, uşaqların anaları ondan DNK analizi tələb edirlər.
Bildirilir ki, insident Ebesilio Rusiya "Anji"sində çıxış etdiyi vaxt baş verib. Həmin vaxt o, Anna Baqayeva və Darya Danilina adlı xanımlarla ilə tanış olub. Sonradan əcnəbi oyunçu hər iki qadınla cinsi əlaqəyə girib. Öz növbəsində, Baqayeva və Danilina 17 yanvar 2017-ci ildə övlad dünyaya gətiriblər. DNK testi uşaqların atasının eyni şəxs olduğunu müəyyənləşdirib.
Futbolçunun özü hələlik heç bir açıqlama vermir. Onun atalıq üçün DNK testindən keçib-keçməyəcəyi bilinmir.
Qeyd edək ki, Lorentso Ebesilio 2005-ci ildə məşq vaxtı infarkt keçirib. Lakin o, futbolçu karyerasını davam etdirib. Ebesilio 2013-2014 mövsümündə "Qəbələ"də, 2014-2015 mövsümündə "Mordoviya"da, 2015-2016 mövsümündə isə "Anji"də forma geyinib. Təcrübəli oyunçu 2017-ci ilin yayından APOEL-də çıxış edir.