Futzal üzrə Yüksək Liqanın təqvimində dəyişiklik edilib.
Sportnet.az-ın məlumatına görə, buna milli komandanın 10 - 17 apreldə Latviya və Serbiya yığmaları ilə keçirəcəyi beynəlxalq yoldaşlıq oyunları səbəb olub.
Azərbaycan Futzal Federasiyasının qərarına əsasən, 24 - 27-ci turların oyunları əvvəlcədən nəzərdə tutulduğu kimi aprelin 5-də, 12-də, 19-da və 26-da yox, aprelin 2-də, 6-da, 23-də və 27-də keçiriləcək.