
Ukrayna Premyer Liqasında birinci mərhələyə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, bu gün ilk "6-lığ"ın son iştirakçısı müəyyənləşib. Bu, "Mariupol" klubu olub. Avropa Liqasında "Qarabağ"la eyni qrupda yer almış "Vorksla" isə ikinci "6-lığ"a enib. Poltava təmsilçisi XXII turun son oyununda Kiyevdə "Arsenal" üzərində qələbəni əldən verib - 2:2. Məhz bu səbəbdən, "Mariupol" mükafatçılar və avrokuboklara vəsiqəni davam etdirmək hüququ qazanıb.
İlk "6-lığ"a Azərbaycan millisinin futbolçusu Pavlo Paşayevin çıxış etdiyi "Aleksandriya" da yüksəlib. Beləliklə, medallar uğrunda mübarizəni "Şaxtyor" (57 xal), "Dinamo" (50), "Aleksandriya" (41), "Zarya" (32), "Lvov" (30) və "Mariupol" (30) davam etdirəcək.
"Vorskla" (29 xal), "Desna" (28), "Karpatı" (21), "Olimpik" (20), "Çernomorets" (16) və "Arsenal" isə Premyer Liqada qalmaq uğrunda yarışacaq.