Fransa məhkəməsi "Anji"nin sabiq sahibi, rusiyalı senator-milyarder Süleyman Kərimovu vergiləri ödəməməkdə ittiham edib.
Sportnet.az-ın "Mash" teleqram-kanalına istinadən məlumatına görə, Kərimov məhkəmə nəzarəti altına alınıb. Yerli prokuror iş adamına vergidən yayınma ittihamı irəli sürüb. İşin ağırlaşdırıcı tərəfləri də var. Milyarder üçün girovun məbləği isə 20 milyon avrodur.
Qeyd edək ki, 2017-ci ilin noyabrında Fransa hökuməti Süleyman Kərimovu elit daşınmaz əmlak alması qarşılığında 400 milyon avro vergi ödəməkdən yayındığını iddia edib. İş adamının özü ittihamı rədd edib. 2017-ci ilin sonlarında saxlanıldıqdan sonra Kərimov 40 milyon avro girov qoyaraq, Dənizkənarı Alp regionunu tərk etməyəcəyinə dair iltizam yazmaq şərtilə 40 milyon avro girov qoyub. 2018-ci ilin yayında Fransa hökuməti onun üzərindən bütün ittihamları götürüb.