
"Turniri belə bitirməməli idik”.
Sportnet.az xəbər verir ki, bunu Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Vüqar Məmməd Rusiyada keçirilmiş Avropa çempionatının elit-raundunda Rumıniyaya 0:3 hesabı ilə uduzduqları son oyunun ardından "affa.az"a açıqlamasında deyib.
Gənc mütəxəssis məğlubiyyətin səbəblərini belə izah edib: "Komanda psixoloji cəhətdən çox yorğun idi. Zədəli və cəzalı oyunçularımızın olması işimizi çətinləşdirmışdi. Bele demək mümkünsə, bu gün hər şey bizim əleyhimizə idi".
Qeyd edək ki, elit-raundun 1-ci qrupunda təşkilatçı Rusiya (0:0), İrlandiya (1:3) və Rumıniya ilə mübarizədə cəmi 1 xal toplayan Azərbaycan yığması sonuncu yeri tutub. 9 xal toplayan İrlandiya isə qrup qalibi kimi final mərhələsinə yüksəlib.