Şimali Makedoniyada təşkil olunan UEFA İnkişaf turnirində iştirak edən 2003-2004-cü il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması son oyununu keçirib.
Sportnet.az xəbər verir ki, Komanda Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət yığmasına 1:2 hesabı ilə məğlub olub.
Yığmamızın heyətində Gülağa Əsədov fərqlənib.