
İtaliyanın "Cenoa" klubu Türkiyə millisinin və "Beşiktaş"ın futbolçusu Dorukhan Toközü heyətinə qatmaq istəyir.
Sportnet.az "NTV Spor"a istinadən xəbər verir ki, klub 23 yaşlı yarımmüdafiəçi üçün menecerlər vasitəsilə İstanbul təmsilçisinə 6milyon avro təklif edib. "Beşiktaş" isə bu təklifini rədd edib.
Bildirilib ki, "Cenoa" oyunçu üçün mövsümün sonunda daha yüksək bir məbləğ təklif edərsə, klublar danışıqlara başlaya bilər.
Qeyd edək ki, Dorukhan Toköz 2018-ci ilin iyul ayında "Beşiktaş"a keçib. O, Türkiyə millisinin AVRO-2020-nin seçmə mərhələsində səfərdə Albaniyanı 2:0, evdə Moldovanı 4:0 hesabı ilə məğlub etdiyi matçlarda meydanda olub. Bu mövsüm "Beşiktaş"ın heyətində 19 oyunda iştirak edən yarımmüdafiəçi 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.