Almaniyanın "Bavariya" klubu İspaniyanın "Atletiko" komandasının futbolçusu Lukas Ernandesi heyətinə qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 23 yaşlı müdafiəçi iyulun 1-dən Münhen təmsilçisinin düşərgəsinə qoşulacaq. Fransa millisinin də şərəfini qoruyan oyunçu 2024-cü ilin iyuluna qədər "Bavariya"da çıxış edəcək. Almaniya nəhəngi Ernandes üçün "Atletiko"ya 80 milyon avro ödəyib.
Qeyd edək ki, Lukas Ernandes 2014-cü ildən "Atletiko"nun formasını geyinir. O, komandanın heyətində UEFA Avropa Liqasının və UEFA Super Kubokunun qalibi olub. Müdafiəçi həmçinin Fransa millisində 2018-ci ildə keçirilmiş dünya çempionatının qızıl mükafatçısıdır.