"Mançester Yunayted"in baş məşqçisi Ule-Qunnar Sulşer klubla müqaviləsini uzatdıqdan sonra İngiltərə Premyer Liqasının ən ödənişli baş məşqçiləri siyahısında 3-cü pilləyə yüksəlib.
Sportnet.az "The Sun"a istinadən xəbər verir ki, norveçli mütəxəssisin əmək haqqı 8,7 milyon avroya yüksəlib. Premyer Liqada Sulşeri bu göstəricidə "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola (17,5 milyon avro) və "Tottenhem"in sükanı arxasında olan Maurisio Pokettino (10 milyon avro) üstələyir.
Sulşerdən bir qədər az əmək haqqını 3 mütəxəssis alır:
Yurgen Klopp ("Liverpul") - 8,2 milyon avro;
Unay Emeri ("Arsenal") - 7 milyon avro;
Mauritsio Sarri ("Çelsi") - 6 milyon avro.
Qeyd edək ki, norveçli baş məşqçinin "Mançester Yunayted"dəki sələfi Joze Mourinyonun maaşı 17,5 milyon dollar olub.