
"Əlbəttə, qol vurmaq həmişə futboçuya zövq verir. Lakin qalib gələ bilməyimiz daha vacibdir".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail"in futbolçusu Ağabala Ramazanov səfərdə "Zirə"ni 2:1 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib. 26 yaşlı hücumçu bildirib ki, belə qələbələr komandaya əlavə inam hissi verir: "Turnirin yekun hissəsi yaxınlaşır və bu, IV dövrəyə uğurla başlamaq üçün yaxşı fürsət oldu”.
Qeyd edək ki, Ağabala Ramazanov "Zirə" ilə görüşün 41-ci dəqiqəsində fərqlənib.