"Sumqayıt" klubunun futbolçusu Peyman Babayi zədələnib.
Sportnet.az-ın məlumatına görə, cənubi azərbaycanlı hücumçu evdə "Keşlə"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXIII tur matçında ayağından xəsarət alıb. O, 88-ci dəqiqədə yerini Şəhriyar Əliyevə verib.
Qeyd edək ki, Peyman Babayi 4-cü dəqiqədə ilk qolun müəllifi olub.