Futbol üzrə Argentina millisinin baş məşqçisi səlahiyyətlərini müvəqqəti icrə edən Lionel Skalonini maşın vurub.
Sportnet.az Argentina Futbol Assosiasiyasının “Twitter” səhifəsinə istinadən xəbər verir ki, hadisə 40 yaşlı mütəxəssis velosiped sürərkən baş verib. Onun ciddi xəsarət almadığı, həkim müayinəsindən sonra xəstəxanadan evə buraxıldığı bildirilir.
Qeyd edək ki, Rusiyadakı 2018-ci il dünya çempionatında uğursuzluğa görə baş məşqçi Xorxe Sampaoli istefaya göndərilib. Komanda müvəqqəti olaraq Lionel Skaloniyə həvalə olunub. Ona Pablo Aymar və Martin Takolli kömək edir.