“Biz Tale Heydərova kluba göstərdiyi xidmətlərə görə minnətdarlığımızı bildiririk. Onun rəhbərliyi altında qazanılan uğurlar "Qəbələ"nin ölkənin öndə gələn idman institutu kimi formalaşmasını təmin edib".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Tale Heydərovun "Qəbələ"nin prezidenti vəzifəsindən istefasını şərh edərkən deyib. Nəcəfov Heydərovun "Qəbələ" üçün böyük işlər gördüyünü vurğulayıb: "Tale Heydərovun infrastukturun yaradılmasına verdiyi önəm "Qəbələ"ni ölkənin əsas futbol mərkəzlərindən birinə çevirib. Heydərovun başçılığı altında klubumuz təkcə futbolda deyil, digər idman növlərində də ciddi uğurlar qazanıb. Artıq "Qəbələ" üçün yeni səhifə açılır və biz yeni uğurlara köklənmişik. Tale Heydərova gələcək işlərində müvəffəqiyyətlər arzu edirik".
Qeyd edək ki, Tale Heydərov "Qəbələ" İdman Klubu prezidenti vəzifəsindən aprelin 10-da istefa verib.