Ukrayna Futbol Federasiyası (FFU) ölkənin ikinci liqasında çıxış edən "Sumı" klubunu bütün müsabiqələrdən kənarlaşdırıb.
Sportnet.az qurumun saytına istinadən xəbər verir ki, FFU-nun Nəzərət və İntizam Komitəsi komandanı peşəkar statusdan məhrum edib.
Bildirilib ki, klub oyunların nəticələrini manipulyasiya etdiyi üçün bu addım atılıb.
Qeyd edək ki, "Sumı" Ukrayna ikinci liqasında 19 turdan sonra 15 xalla 13-cü yerdə idi.