
Azərbaycan Premyer Liqasında XXIV turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, çempionluğa iddialı "Qarabağ" debütant "Sabah"ı qəbul edib. Qarşılaşma Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Görüşdə ilk qolu 10-cu dəqiqədə Riçard Almeyda vurub. 65-ci dəqiqədə Filip Ozobiç fərqi iki topa çatdırıb. 77-ci dəqiqədə Mahir Mədətov yekun nəticəni müəyyənləşdirib.
Bu nəticədən sonra xallarının sayını 54-ə yüksəldən "Qarabağ" ən azı bir günlük vahid lider olub. "Sabah" isə 26 xalla 5-cidir.
Qeyd edək ki, günün ilk oyununda "Zirə" "Sumqayıt"ı məğlub edib - 2:0. Tura aprelin 14-də keçiriləcək "Keşlə" - "Qəbələ" və "Səbail" - "Neftçi" oyunları ilə yekun vurulacaq.
-----------------------------
Azərbaycan Premyer Liqasında XXIV tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış matçında "Zirə" "Sumqayıt"ı qəbul edib. FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma qəsəbə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə ilk qolu Xulio Sezar Rodrigez vurub. Paraqvaylı hücumçu 33-cü dəqiqədə hesabı açıb. İlkin Qırtımov isə 90+2-ci dəqiqədə fərqlənməklə oyunda son nöqtəni qoyub.
Bu nəticədən sonra xallarını 25-ə çatdıran "Zirə" 6-cı pillədəki yerini möhkəmləndirib. "Sumqayıt" isə 20 xalla 7-cidir.
Qeyd edək ki, günün digər oyununda "Qarabağ" və "Sabah" komandaları üz-üzə gələcək. Tura aprelin 14-də keçiriləcək "Keşlə" - "Qəbələ" və "Səbail" - "Neftçi" qarşılaşmaları ilə yekun vurulacaq.
------------------------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXIV tura start veriləcək.
Sportnet.az məlumatına görə, ilk oyun günündə iki matç baş tutacaq. Həftənin açılış görüşü Zirə İdman Kompleksinin stadionunda reallaşacaq. Burada qəsəbənin eyni adlı təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. Qonaqlar ötən tur evdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub etməklə son pillədən qurtulsalar da, təhlükəli zonadadırlar. Eyni sözü elə meydan sahiblərinə də şamil etmək olar. Hazırda 22 xalla 6-cı pillədə qərarlaşan “Zirə” “Sumqayıt”ı 2, sonuncu yerdəki “Keşlə”ni isə 3 xal qabaqlayır. Yəni, bu qarşılaşmada uduzan kollektiv yenidən “zirzəmi”yə düşə bilər.
Zirədəki oyun baş məşqçilərin sabiq komandalarına qarşı dueli kimi də əlamətdar olacaq. Ayxan Abbasov “Zirə”də, Samir Abasov isə “Sumqayıt”da baş məşqçi karyerasına start verilib. Birinci cari mövsümdə uğursuzluqlardan sonra postunu tərk edibsə, digəri ötən çempionatın yekununda öz istəyi ilə vəzifəsindən ayrılıb.
“Zirə” və “Sumqayıt” indiyə qədər 15 çempionat matçında üz-üzə gəliblər. Bunların 8 də qalib gəlib gələn qəsəbə klubu, 4 görüşdə də uduzub. Zirəlilər sumqayıtlılarla son 4 ev oyununda qol vurub. Paytaxt klubunun meydanındakı son 3 matçda hər iki komanda rəqib qapısına yol tapıb. İlk 3 dövrədəki duellərdən 2-də “Zirə”, 1-də isə “Sumqayıt” qələbə qazanıb.
Günün digər oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. “Neftçi” ilə 51 xalla liderliyi bölüşən “Qarabağ” burada debütant “Sabah”ı qəbul edəcək. Qonaqlar elitada ilk mövsümlərinə keçirsələr də, ağdamlılara problem yaratmağı bacarıblar.
Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk 3 dövrədə cəmi 1 dəfə rəqibindən üstün olub. Digar duellərdə heç-heçə qeydə alınıb. Bütün oyunlarda eyni sayda – iki qol vurulub. “Sabah” hazırda 26 xalla 5-ci yerdədir.
Qeyd edək ki, tura aprelin 14-də keçiriləcək “Keşlə” – “Qəbələ” və “Səbail” – “Neftçi” oyunları ilə yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
XXIV tur
13 aprel (şənbə)
16:00. “Zirə” – “Sumqayıt” - 2:0
Qollar: Xulio Sezar Rodriqez, 33. İlkin Qırtımov, 90+2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Zirə İdman Kompleksinin stadionu, 500 tamaşaçı
Sarı vərəqələr: Tellur Mütəllimov, 74 (qeyri-idman hərəkəti) - Əli Babayev, 38 (qeyri-idman hərəkəti); Vurğun Hüseynov, 42 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 4 dəq.
İlk üç dövrə: 0:1, 3:1, 1:0
“Zirə”: 62. Abdulla Seyidəhmədov 2. İlkin Qırtımov 8. Kamal Mirzəyev 88. Tellur Mütəllimov 14. Bəxtiyar Həsənalızadə 27. Adrian Skarlatake (k) 11. Dilan Duventru 23. Mfo Kqasvane 20. Fofana İsmael (10. Sadio Tounkara, 60) 18. Xulio Sezar Rodriqez (77. Mirsahib Abbasov, 77) 48. Şafik Tiqrudja (9. Aleksandr Dedov, 63)
Ehtiyat oyunçular: 85. Kamal Bayramov 39. Sadiq Quliyev 6. Vüqar Mustafayev 26. Miloş Radivoyeviç 17. Robin Nqalande 3. Budaq Nəsirov 16. İbrahim Aslanlı 99. Rafael Məhərrəmli
Baş məşqçi: Samir Abasov
“Sumqayıt”: 1. Mehdi Cənnətov 2. Rail Məlikov 3. Vurğun Hüseynov (k) 99. Əli Babayev (17. Nicat Qurbanov, 40) 10. Aleksey İsayev 7. Cavid Tağıyev (4. Şəhriyar Əliyev, 84) 5. Adil Nağıyev 8. Peyman Babayi 9. Ehtiram Şahverdiyev (49. İbrahim Əliyev, 69) 74. Yusif Nəbiyev 97. Xəyal Nəcəfov
Ehtiyat oyunçular: 12. Rəşad Əzizli 34. Elvin Bədəlov 15. Əmir Ağayev 70. Ülvi İsgəndərov 77. Murad Xaçayev 18. Süleyman Əhmədov
Baş məşqçi: Ayxan Abbasov
18:30. “Qarabağ” – “Sabah” - 3:0
Qollar: Riçard Almeyda, 10. Filip Ozobiç, 65. Mahir Mədətov, 77
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Pərvin Talıbov, Rəşad Əhmədov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
Tofiq Bəhramov adına Respublika Stadionu, 500 tamaşaçı
Sarı vərəqələr: Filip Ozobiç, 6 (qeyri-idman hərəkəti); Markos Madera, 22 (qeyri-idman hərəkəti); Mahir Mədətov, 44 (qeyri-idman hərəkəti); Donald Gerrye, 90+2 (qeyri-idman hərəkəti) - Məqsəd İsayev, 41 (qeyri-idman hərəkəti); Vadim Abdullayev, 44 (qeyri-idman hərəkəti); Elgün Nəbiyev, 62 (qeyri-idman hərəkəti)
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
İlk üç dövrə: 1:1, 1:1, 2:0
“Qarabağ”: 13. Vaqner da Silva 4. Rahil Məmmədov 14. Rəşad Sadıqov (k) 5. Maksim Medvedev 20. Riçard Almeyda (2. Qara Qarayev, 79) 17. Abdullah Zubir 77. Donald Gerrye 19. Filip Ozobiç (6. Simeon Slavçev, 70) 8. Markos Madera 10. Dani Kintana (9. Araz Abdullayev, 80) 11. Mahir Mədətov
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev 94. Nicat Mehbalıyev 30. Abbas Hüseynov 7. İnnosent Emeqara 99. Reynaldo Silva 21. Hacıağa Hacılı 71. Toral Bayramov
Baş məşqçi: Qurban Qurbanov
“Sabah”: 30. Saşa Stamenkoviç 5. Kərim Diniyev (k) 91. Coşqun Diniyev (97. Emil Qasımov, 79) 7. Rəşad Eyubov 19. Məqsəd İsayev 6. Vadim Abdullayev (21. Novruz Məmmədov, 68) 13. Filip İvanoviç 25. Vanderson Silva 9. Marko Deviç 11. Elgün Nəbiyev 77. Şakir Seyidov (4. Tərzin Cahangirov, 46)
Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli 96. Əmirhüseyn Nəcəfi 27. Bəxtiyar Soltanov 33. Eltun Turabov
Baş məşqçi: Elşad Əhmədov.