"Rəqibi düşünmürəm. Diqqətimi qarşıdakı oyuna yönəltmişəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Səbail" klubunun futbolçusu Aleksandr Rıbka "Neftçi" ilə keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXIV tur matçı barədə danışarkən deyib. Ukraynalı qolkiper meydana qələbə üçün çıxacaqlarını bildirib: "Komandamıza üç xal qazandırmaq üçün əlimdən gələni edəcəyəm. Hazırda ancaq bunu düşünürəm".
Qeyd edək ki, aprelin 14-də "Bayıl Arena"da keçiriləcək "Səbail" - "Neftçi" matçı saat 18:00-da başlanacaq.