FIFA Braziliya Futbol Konfederasiyasının sabiq prezidenti Xose Mariya Marini cəzalandırıb.
Sportnet.az-ın məlumatına görə, qurum sabiq konfederasiya rəhbərini korrupsiya ilə əlaqədar 1 milyon dollar məbləğində cərimələyib. O, futbolla bağlı hər hansı fəaliyyətdən də ömürlük uzaqlaşdırılıb. Marinin FIFA-nın Etika Məcəlləsinin 27-ci maddəsini pozduğu bildirilib.
Qeyd edək ki, Xose Mariya Marin 2018-ci ilin avqustunda rüşvətə görə 4 il müddətinə azadlıqdan məhrum edilib. O, futbol turnirləri ilə bağlı marketinq və sponsorluq müqavilələri bağlandıqda 6.55 milyon avro mənimsəyib. Cinayətlər ABŞ-da hazırlanıb və həmin ölkənin banklarında çıxarışlar olunduğu üçün məhkəmə Nyu-Yorkda keçirilib.