UEFA Avropa Liqasında həftənin ən yaxşı oyunçusu adına namizədləri açıqlayıb.
Sportnet.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, 1/4 final mərhələsinin cavab matçlarından sonra bu ada Pedro Rodriqes (“Çelsi”, İngiltərə), Filip Kostiç (“Ayntraxt”, Almaniya), Petr Şevçik (“Slaviya”, Çexiya) və Antonio Latorre (“Valensiya”) iddia edir.
Pedro və Şevçik “Çelsi”nin “Slaviya”nı 4:3 hesabı ilə məğlub etdiyi görüşdə dubla izma atıblar. Petr həm də məhsuldar ötürmə ilə yadda qalıb. Kostiç Portuqaliya “Benfika”sını 2 cavabsıq qolla üstələdikləri oyunda bir dəfə fərqlənib. Latorre isə “Vilyarreal”ı 2:0 udduqları qarşılaşmada hesabı açıb.
Qeyd edək ki, qaliblər UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermə ilə müəyyənləşəcək.