
Hollandiya "Ayaks"ının futbolçusu Hakim Ziyeş yayda komandasını dəyişə bilər.
Sportnet.az-ın "The Mirror"a istinadən məlumatına görə, 26 yaşlı yarımmüdafiəçi Avropanın öncül klublarının diqqətini cəlb edib. Onunla İngiltərənin "Mançester Siti", "Mançester Yunayted", "Liverpul" və "Arsenal", eləcə də Almaniyanın "Bavariya" klubu maraqlanır. Oyunçunun qiyməti isə 29 milyon avrodur.
Qeyd edək ki, Hakim Ziyeş "Ayaks"a 2016-cı ildə "Tvente"dən 11 milyon avroya keçib. Mərakeşli oyunçu ilə müqavilə 2021-ci ilədək bağlanılıb.