“Evdə qol buraxmadan qalib gəlmək üstünlükdür. Cavab oyununa daha ciddi hazırlaşacağıq”.
Sportnet.az xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Qəbələ”yə səfərdə 0:1 hesabı ilə uduzduqlar ilk oyundan sonra söyləyib.
47 yaşlı mütəxəssisin sözlərinə görə, səfərdə qələbə qazanmaq istəsələr də, rəqibin ciddi müqaviməti ilə üzləşiblər: “Cari çempionatda “Qəbələ”yə 4 oyunda qalib gəlsək də, bunlar heç də asan başa gəlməmişdi. Bu gün bunu göstərdilər. Rəqib müsbət nəticə əldə etdi. Çox istəyirdik qalib gələk, ancaq alınmadı”.
Qeyd edək ki, cavab oyunu mayın 1-də keçiriləcək.