
Türkiyənin "Malatyaspor" komandasının yeni baş məşqçisi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, kollektiv Ali Ravcıya həvalə olunub. 46 yaşlı mütəxəssis mövsümün sonuna kimi komandaya rəhbərlik edəcək. O, bu postda Erol Bulutu əvəzləyib.
Qeyd edək ki, "Malatyaspor" 30 turdan sonra Türkiyə Super Liqasında 41 xalla 7-ci pillədə qərarlaşıb.