"Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab görüşündə "Qarabağ"la matçda texniki zonadan qovulub.
Sportnetaz.az xəbər verir ki, gənc mütəxəssis baş hakim İnqilab Məmmədova etiraz etdikdən sonra tribunaya göndərilib.
Qeyd edək ki, qarşılaşma ikinci hissə oynanılır və "Qarabağ" 2:0 hesabı ilə öndədir.