"Qəbələ" klubunun bu mövsüm son ev oyunu mayın 5-də "Neftçi" ilə Azərbaycan Premyer Liqasının XXVII turuna təsadüf edəcək.
Sportnet.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçiriləcək görüş iki komanda arasında 49-cu matç olacaq. Əvvəlki oyunlardan 17 qələbə və 11 heç-heçə ilə ayrılan "qırmızı-qaralar” 19 məğlubiyyət alıb. Top fərqində isə üstünlük “qırmızı-qaralar”ın tərəfindədir – 63:61.
Beş dəfə Azərbaycan Kubokunda görüşən komandalar Premyer Liqa çərçivəsində 43 dəfə münasibətlərini aydınlaşdırıb. “Qəbələ” 16 dəfə üç, 9 dəfə 1 xal qazanıbsa, 18 dəfə uduzub. 56 qol sevinci yaşayan “qırmızı-qaralar” öz qapısında 55 top görüb.
“Neftçi” ilə 25-ci ev oyununa çıxacaq “Qəbələ” doğma azarkeşlər önündə 8 qələbə qazanıb. 6 heç-heçə və 10 məğlubiyyətin də qeydə alındığı qarşılaşmalarda 63 qol vurulub. Qonaqlar top fərqində minimal üstünlüyə malikdir – 32:31.