Futbol üzrə Azərbaycan I Divizionunda sona 1 tur qalmış qalib və gümüş mükafatçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, XXV turda “Qaradağ Lökbatan”ın qonağı olan MOİK 2:0 hesabı ilə qalib gələrək ən yaxın izləyicisi “Sumqayıt-2” ilə 3 xal fərqini qorumaqla çempionluğu rəsmiləşdirib. Şəxsi görüşlərdə “gənclik şəhəri” komandasından üstün olan “hərbçilər” üçün son tur formal xarakter daşıyacaq. “Sumqayıt-2” “Zirə-2”-ni 4:2 hesabı ilə məğlub etsə də, çempionluğa olan nəzəri şanslarını da itirib. Lakin ən yaxın izləyicisini 10 xal qabaqlayan sumqayıtlılar 2-ciliyi sığortalayıb.
3-cülük taleyinə aydınlıq gətirmək cəhətdən vacib qarşılaşma Zaqatalada keçirilib. Yerli komanda qalib gələcəyi təqdirdə “Neftçi-2” ilə xalları bərabərləşdirəcək və şəxsi görüşlərdə üstünlüyə görə 3-ü pilləyə yüksələcəkdi. “Zaqatala” 73-cü dəqiqədə hesabda geri düşsə də, 90+7-cü dəqiqədə Ramin Əhmədov intriqanı son tura daşıyıb. Bürünc mükafatçının adına son turda keçiriləcək “Keşlə-2” – “Zaqatala” və “Neftçi-2” - “Qaradağ Lökbatan” görüşlərindən sonra aydınlıq gələcək.
I Divizion, XXV tur
4 may (şənbə)
“Keşlə-2” – “Şüvəlan” - 1:0
Qol: Elmir Rəhimzadə, 58
“Zirə-2” – “Sumqayıt-2” - 2:4
Qollar: Müşfiq İlyasov, 61; Vüsal Buludlu, 76 - Fərid Kərimzadə, 4, 12; Ülvi Əliyev, 8; Emin Zamanov, 41)
“Turan Tovuz” – “Səbail-2” - 2:2
Qollar: İlkin Sadıqov, 65, 73 - Təyyar Məmmədov, 32; Xəlil Bəşirov, 84
“Kəpəz” - “Ağsu” - 4:1
Qollar: Oqtay Məmmədov, 30, 41; Əli Səmədov, 35; Ümid Əhmədov, 90+3 (p.) - Ramil Əliyev, 63
“Sabah-2” – “Qarabağ-2” - 0:1
Qol: Cavid Bayramov, 88 (p.)
“Qaradağ Lökbatan” – MOİK - 0:2
Qollar: Bahadur Həziyev, 9; Orxan Həsənov, 73
“Zaqatala” – “Neftçi-2” - 1:1
Qollar: Ramin Əhmədov, 90+7 - Əlibəy Məmmədli, 73