
Azərbaycan Premyer Liqasında mövsümün son oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Bakcell Arena"da gümüş mükafatçı "Neftçi" ilə çempion "Qarabağ" üz-üzə gəlib. Görüş qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 15-ci dəqiqədə "Qarabağ"ın forvardı Mahir Mədətov açıb. Lakin ilk hissənin sonlarına yaxın "Neftçi" 2 qol vurub. Əvvəlcə 38-ci dəqiqədə mövsümün ən yaxşı futbolçusu Emin Mahmudov penaltidən dəqiq yararlanıb, 2 dəqiqə sonra isə Canluka Sansone fərqlənib.
İkinci hissədə yenidən Mədətov ön plana çıxıb. O, 64-cü dəqiqədə hesabı 2:2 edərək, çempionatın ən yaxşı bombardiri olub. 16 qol vuran 22 yaşlı hücumçunun ən yaxın izləyicisi 14 top müəllifi Baqali Dabo olub. Dabo bu görüşün 10-cu dəqiqəsində penaltini yerinə yetirə bilməyib və az sonra zədələnərək, əvəzlənib.
90-cı dəqiqəsində isə Riçard Almeyda Ağdam komandasının qələbə topunun müəllifi olub.
Beləliklə, "Qarabağ" mövsümü 66, "Neftçi" 58 xalla başa vurub.
Qeyd edək ki, bir neçə dəqiqə sonra mükafatlandırma mərasimi başlayacaq. Çempionluq kubokunu başı üzərinə qaldıracaq “Qarabağ” qızıl, “Neftçi” gümüş, “Səbail” isə bürünc medal alacaq. Turun digər oyunlarında "Keşlə" "Səbail"i 4:1, "Zirə" "Sabah"ı 3:0, "Sumqayıt" isə "Qəbələ"ni 1:0 hesabı ilə məğlub edib.
--------------------
Azərbaycan Premyer Liqasında XXVIII turun daha 2 oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zirə" səfərdə "Sabah"ı darmadağın edib. Qollardan 2-ni Xulio Sezar Rodriges, digərini Robin Nqalande vurub.
"Sumqayıt" isə evdə "Qəbələ"yə minimal hesabla qalib gəlib - 1:0. Yeganə qolu 68-ci dəqiqədə Ülvi İsgəndərov vurub.
Bu nəticələrdən sonra xallarını 31-ə çatdıran "Zirə" çempionatı 5-ci pillədə başa vurub. 29 xala malik "Sumqayıt" 6-cı pilləyə yüksəlib. 27 xalı olan "Sabah" isə 7-ci pilləyə enib.
-----------------------
Futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – XXVIII tura start verilib.
Sportnet.az xəbər verir ki, formal xarakterli matçda bürünc medalları təmin edən “Səbail” sonuncu sıranı tutacağı dəqiqləşən “Keşlə”ni qəbul edib. Oyunun ilk yarısı qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Andre Klennon 7-ci, Edvinas Girdvanis 38-ci. Samir Məsimov isə 45-ci dəqiqədə fərqlənib.
Fasilədən sonra 53-cü dəqiqədə Oke Akpoveta hesabı 1:3 edib. Qarşılaşmada son nöqtəni isə Conatan Ayite qoyub – 4:1.
Bu qələbədən sonra “Keşlə” xalını 23-ə çatdırıb. “Səbail” isə mövsümü 41 xalla başa vurub.
Qeyd edək ki, bu gün “Sabah” – “Zirə”, “Sumqayıt” – “Qəbələ” və “Neftçi” – “Qarabağ” qarşılaşmaları ilə yekun vurulacaq.
------
Bu gün Azərbaycan Premyer Liqasında 2018-2019 mövsümünə yekun vurulacaq.
Spornet.az xəbər verir ki, sonuncu - XXVIII turun qarşılaşlamaları eyni gündə təşklil olunacaq. 4 oyunun hər biri formal xarakter daşıyacaq.
“Qarabağ”ın qızıl, “Neftçi”nin gümüş, “Səbail”in bürünc medal qazandığı mövsümdə, "Keşlə”nin də sonuncu pilləni tutaraq I diviziona düşməsi öncəki turda bəlli olub.
Turun açılış matçında avrokuboklara vəsiqəni təmin edən "Səbail" "Keşlə"ni qəbul edəcək. Digər iki oyun isə eyni saatda start götürəcək. "Sumqayıt" "Qəbələ" ilə, "Sabah" isə "Zirə" ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu qarşılaşmalardan sonra 5-7-ci yerləri tutan komandalar bəlli olacaq.
XXVIII turun və mövsümün son oyununda çempion "Qarabağ"la gümüş medalın sahibi "Neftçi" ilə arasında olacaq. Bu matç bombardirlik yarışanda mübarizə aparan Baqali Dabo və Mahir Mədətov üçün önəmlidir. Sözügedən görüşdə kimin mükafata sahib olacağı müəyyənləşəcək. Bu qarşılaşmadan sonra isə 2018-2019 mövsümünün mükafatlandırma mərasimi keçiriləcək.
Azərbaycan Premyer Liqası, XXVIII tur
11 may (şənbə)
15:00. “Səbail” – “Keşlə” - 1:4
Qollar: Oke Akpoveta, 53 - Andre Klennon, 7. Edvinas Girdvanis, 38. Samir Məsimov, 45. Conatan Ayite, 73
Qırmızı vərəqə: Edvinas Girdvanis, 52 ("Keşlə")
Hakimlər: Səbuhi Bayramov, Nahid Əliyev, Elşad Abdullayev, Namiq Bəkirov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena” (“CBC Sport”/canlı)
16:00. “Sabah” – “Zirə” - 0:3
Qol: Xulio Sezar Rodriges, 38; 80. Robin Nqalande, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Elçin Məsiyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
“Əlincə Arena”
16:00. “Sumqayıt” – “Qəbələ” - 1:0
Qol: Ülvi İsgəndərov, 68
Hakimlər: Rəşad Əhmədov, Vüqar Bayramov, Qəzənfər Məmmədov, Rövşən Rəcəbov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
“Kapital Bank Arena”
18:00. “Neftçi” – “Qarabağ” - 2:3
Qollar: Emin Mahmudov, 38 (penalti ilə). Canluka Sansone, 40 - Mahir Mədətov, 15; 64. Riçard Almeyda, 90
İstifadə olunmamış penalti: Baqali Dabo, 10 ("Neftçi")
Hakimlər: Kamal Umudlu, Rahil Ramazanov, Cavanşir Yusifov, Rauf Allahverdiyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bakcell Arena”, (“CBC Sport”/canlı)