Futzal üzrə Azərbaycan Yüksək Liqasında ikinci finalçı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, "Xəzər Cənub" kollektivi pley-off mərhələsinin 3-cü oyununda "Neftçi" İK-nı 6:5 hesabı ilə üstələyib (İlk iki oyunun nəticələri - 4:3, 4:8). Ümumi hesabda rəqibini 2:1 hesabı ilə məğlub edən komanda finala yüksəlib.
"Xəzər CƏnub" həlledici görüşdə "Araz"la üz-üzə gələcək. Qarşılaşma mayın 17-də keçiriləcək. "Neftçi" İK eyni gündə bürünc medal uğrunda EKOL-la qarşılaşacaq.
-------------------------------
Futzal üzrə Azərbaycan Yüksək Liqasında ilk finalçı müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, pley-off mərhələsinin 3-cü oyununda "Araz" və EKOL komandaları üz-üzə gəlib. Qarşılaşma "Araz"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb (İlk iki oyunun nəticələri - 4:6, 3:0). Ümumi hesabda 2:1 önə keçən "Araz" finala vəsiqə qazanıb.
Komandanın həlledici görüşdəki rəqibi "Neftçi" İK ilə "Xəzər Cənub" kollektivlərinin duelindən sonra bəlli olacaq. Sözügedən qarşılaşma saat 17:00-da başlayacaq.
------------------------------------------------
Bu gün futzal üzrə Yüksək Liqanın pley-off mərhələsinin 3-cü oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, komandalar final yolunda həlledici görüşə çıxacaqlar.
Bakı İdman Sarayında ilk olaraq "Araz"la EKOL üz-üzə gələcək. Ardından Neftçi" İK ilə "Xəzər Cənub" münasibətlərini aydınlaşdıracaq. Hər iki cütlükdə komandalar hərəyə 1 qələbə qazandığından, bugünkü qarşılaşmaların qalibləri finala, məğlubları isə 3-cü yer uğrunda oyuna vəsiqə əldə edəcək.
Yüksək Liqa
Pley-off mərhələsi. 3-cü oyunlar
14 may
14:30. "Araz" – EKOL - 4:1
Hakimlər: Ramil Namazov, Hikmət Qafarlı, Fuad Həsənov
İlk iki oyunun nəticələri - 4:6, 3:0
17:00. "Neftçi" İK – "Xəzər Cənub" - 5:6
Hakimlər: Anar Fərəcov, Mehman Mahmudov, Elvin Ağayev
İlk iki oyunun nəticələri - 4:3, 4:8