"Düşünürəm ki, azarkeşlərimiz bizimlə stadiona gəlmək istəyirlər. Komandamızla bu anı yaşamaq niyyətindəyik".
Sportnet.az "Football.london"a istinadən xəbər verir ki, bunu İngiltərə "Arsenalı"nın baş məşqçisi Unay Emeri mətbuat konfransında deyib. 48 yaşlı mütəxəssis bildirib ki, Avropa Liqasının finalında fanatları ilə birlikdə böyük atmosferə sahib olmağı üstün tutur: "Arsenal"lın çox azarkeşləri var. Klubun Bakıda çoxlu fanatları olduğunu bilirəm və onlar orada olacaqlar. Amma Londonda da çoxlu fanatlarımız var, onların da bizimlə birliklə olmasını üstün tuturam".
İspaniyalı məşqçi futbolçusu Henrix Mxitaryanın Bakıdakı qarşılaşmada iştirak etməyəcəyi ilə bağlı da danışıb. Emeri oyunçu ilə danışdığını və bunun onun şəxsi qərarı olduğunu deyib: "O, Ailəsi ilə də danışdı. Mən Bask bölgəsindənəm. Bizim də böyük siyasi problemlərimiz var. Onun qərarını başa düşünürəm".
Qeyd edək ki, “Arsenal” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Çelsi” ilə qarşılaşacaq.