
Avropa Liqasının final oyunu ilə əlaqədar Bakıya gələn "Arsenal" komandası bu gün Azərbaycan paytaxtında ilk məşqinə çıxıb.
Sportnet.az-ın məlumatına görə, hazırlıq prosesi "Bakcell Arena"da gerçəkləşib.
"Topçular" mayın 29-da Bakı Olimpiya stadionunda keçiriləcək final oyununda "Çelsi" ilə üz-üzə gələcək.