Topaz Premyer Liqasının son turunda "İnter"lə heç-heçə edən (0:0) "Sumqayıt" klubu 4 günlük istirahəti başa vurub. Sportnet.az-ın məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda bu gün "Kapital Bank Arena"da səhər məşqinə çıxıb.
Əsas millinin heyətində yer alan Məhəmməd Qurbanov və U-21-in düşərgəsində olan
3 futbolçu - Şahradin Məhəmmədəliyev, Tərlan Əhmədli və Cəmil Hacıyev hazırlığa
nisbətən gec qoşulacaq. Heyətdə zədəli futbolçu yoxdur. Növbəti tura hazırlıq
məqsədi ilə "Sumqayıt" klubu "Qəbələ" ilə yoxlama oyunu
keçirəcək. Həmin qarşılaşma
noyabrın 12-də saat 14:00-da "Kapital Bank Arena"da baş tutacaq.