"Qarabağ" komandası 2019/2020 mövsümünün hazırlıqlarına başlayıb.
Sportnet.az xəbər verir ki, klubun bazasında bir araya gələn kollektiv axşam saatlarında "Azərsun Arena"da ilk məşqinə çıxıb. Milli komandalarda olan futbolçular məşqdə iştirak etməyib. Əvəzində hazırlıq prosesinə ikinci komandadan bir neçə oyunçu cəlb olunub.
"Qarabağ" Bakı toplanışını iyunun 17-də başa vuracaq və ertəsi gün Avstriyaya hazırlığın ikinci mərhələsi üçün yollanacaq.