UEFA-nın ilk dəfə təşkil etdiyi UEFA Millətlər Liqasının qalibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, "dördlər finalı"nın təşkilatçısı Portuqaliya yığmasıdır. Fernandu Santuşun baş məşqçi olduğu komanda finalda Hollandiyaya qalib gəlib - 1:0. Yeganə qolu 60-cı dəqiqədə Qonsalu Quedeş vurub.
Bununla da Portuqaliya millisi Santuşun rəhbərliyi altında ikinci titulunu əldə edib. Daha əvvəl bu komanda 2016-cı il Avropa çempionatında qızıl medal qazanıb.
Qeyd edək ki, bürünc medala penaltilər seriyasında İsveçrəni 6:5 hesabı ilə yenən İngiltərə sahib olub.
----------------------------------
UEFA Millətlər Liqasında 3-cü yerin sahibi müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu, İngiltərə yığmasıdır. Qaret Sautgeytin baş məşqçi olduğu kollektiv İsveçrəni penaltilər seriyasında məğlub etməyi bacarıb.
Görüşün əsas və əlavə vaxtında qol vurulmayıb. 84-cü dəqiqədə İngiltərə millisinin hücumu zamanı qol vurulsa da, VAR-a müraciətdən sonra epizod zamanı qayda pozuntusuna yol verildiyi təsbit olunub.
Penaltilər seriyasında isə İsveçrə yığmasının futbolçusu Yosip Drmiç 6-cı zərbəni yerinə yetirilərkən, rəqib qapıçı Cordan Pikford topu qaytarıb. İngiltərə isə bunadək 6 zərbənin hamısında dəqiq olduğu üçün qalib gəlib - 6:5.
Qeyd edək ki, Millətlər Liqasının qalibi saat 22:45-də Portuqaliya və Hollandiya arasında keçiriləcək final matçının yekununda müəyyənləşəcək.
---------------------------
Bu gün UEFA Millətlər Liqasında 3-cü yer uğrunda və final oyunları keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Portuqaliyada təşkil olunmuş "dördlər finalı"nın həlledici görüşündə meydan sahibləri ilə Hollandiya yığması üz-üzə gələcək. Onların yarımfinalda müvafiq olaraq, üstələdikləri İsveçrə və İngiltərə milliləri isə 3-cü yer uğrunda matça çıxacaqlar. Bu komandaların hamısı A Liqasında qrup qalibi olub.
İlk dəfə təşkil olunan Millətlər Liqasının qalibinə 71 sm-lik gümüş kubokdan əlavə, 7,5 milyon avro pul mükafatı veriləcək. Finalda uduzan komanda isə 6,5 milyon avroya sahib olacaq.
UEFA Millətlər Liqası
9 iyun
3-cü yer uğrunda görüş
17:00. İsveçrə - İngiltərə - 0:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:6)
Harri Maquayr - 0:1
Stiven Tsuber - 1:1
Ross Barkli - 1:2
Qranit Caka - 2:2
Ceydon Sanço - 2:3
Manuel Akanji - 3:3
Rəhim Sterlinq - 3:4
Kevin Mbabu - 4:4
Cordan Pikford - 4:5
Fabian Şör - 5:5
Erik Dayer - 5:6
Yosip Drmiç - 5:6 (qapıçı)
Baş hakim: Alberto Undiano Malyenko (İspaniya)
Gimaraynş (Portuqaliya), "Estádio D. Afonso Henriques"
FİNAL
22:45. Portuqaliya - Hollandiya - 1:0
Qol: Qonsalu Quedeş, 60
Portuqaliya: 1. Rui Patrisiu, 4. Ruben Diaş, 5. Rafael Gerreyro, 6. Joze Fonte, 7. Kriştianu Ronaldu (k.), 10. Bernardu Silva, 14. Uilyam Karvalu, 16. Brunu Fernandeş, 17. Qonsalu Quedeş, 20. Nelson Semedo
Baş məşqçi: Fernandu Santuş
Hollandiya: 1. Yasper Sillessen, 3. Matteys de Liqt, 4. Vircil van Deyk (k.), 7. Stiven Berqveyn, 8. Corcinyo Veynaldum, 9. Rayan Babel, 10. Memfis Depay, 15. Marten de Ron, 17. Deyli Blind, 21. Frenki de Yonq, 22. Denzel Dümfris
Baş məşqçi: Ronald Kuman
Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)
Portu (Portuqaliya), "Estadio do Dragao".