AFFA-nın təşkilatçılığı ilə qadın futbolunda çalışan məşqçilər üçün UEFA-nın B kateqoriyalı məşqçi kursu keçirilib.
Sportnet.az-ın məlumatına görə, AFFA-nın Futbol Akademiyasında kursu məvəffəqiyyətlə başa vurmuş iştirakçılara diplomlar verilib.
AFFA-nın texniki direktoru Bernhard Lippert, 19 və 17 yaşadək qızlardan ibarət Azərbaycan yığma komandalarının baş məşqçiləri - Vüqar Əsgərli və Zamir Həsənov müvafiq diplomları məşqçilərə təqdim edib.