"Qarabağ"da çıxış edən Araz Abdullayev forma nömrəsini dəyişib.
Sportnet.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi yeni mövsümdən etibarən 7 nömrəli formanı geyinəcək. Azərbaycan milliisinin də şərəfini qoruyan oyunçu daha öncə 9 nömrəli forma ilə çıxış edib.
Qeyd edək ki, Ağdam təmsilçisində ötən mövsüm 7 nömrəli formanı İnnosent Emeqara geyinib. Ölkə çempionu mövsümün sonunda hücumçu ilə yollarını ayırıb.