Bonsiya və Herseqovinanın Zenitsa şəhərində təlim-məşq toplanşında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində növbəti yoxlama oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Vüqar Məmmədin baş məşqçi olduğu kollektiv Bosniya və Herseqovinanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş qolsuz yekunlaşıb - 0:0.
Qeyd edək ki, ilk yoxlama görüşündə yerli yığma qalib gəlib - 3:0.