"Səbail"in UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv Rumıniyanın "Krayova" komandası ilə qarşılaşacaq.
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.
---------------------------
"Neftçi"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Roberto Bordinin baş məşqçi olduğu kollektiv Moldovanın "Speranta" komandası ilə qarşılaşacaq.
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.
----------------
Bu gün UEFA Avropa Liqasında İ təsnifat mərhələsinin püşkü atılacaq.
Sportnet.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatmada Azərbaycanın "Neftçi" və "Səbail" komandaları da iştirak edəcək. Hər iki kollektiv səpələnmişlər səbətində yer alacaq.
Paytaxt təmsilçiləri nisbətən zəif komandalarla üz-üzə gələcəklər. Püşkə 45 klub və ilkin təsnifat mərhələsinin 7 cütü qatılacaq.
Püşkatma öncəsi UEFA bölgülər aparıb və nəticədə Azərbaycan klublarının da potensial rəqiblərinin sayı azalıb. "Neftçi"yə "Hibernians" (Malta), "Rujomberok" (Slovakiya), "Pandev Akademiyası" (Makedoniya), "Speranta" (Nisporeni, Moldova) və ya "Zeta" (Monteneqro), "Səbail"ə isə "Universitatya Krayova 1948" (Rumıniya), "Baltsan" (Malta), "Laçi" (Albaniya), "Şkupi" (Makedoniya), "Petrokub-Hincesti" (Moldova) və ya "Narva Trans" (Estoniya) rəqib olacaq.
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları iyulun 11-də və 18-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanın bu turnirdəki daha bir təmsilçisi "Qəbələ" isə mübarizəyə II təsnifat mərhələsindən başlayacaq. Ölkə kubokunun qalibinin rəqibi iyunun 19-da müəyyənləşəcək. Bu mərhələnin oyunları isə iyulun 25-də və avqustun 1-də olacaq.