
İspaniya təmsilçisi "Atletiko" "Real Madrid"in futbolçusu Markos Lyorenteni heyətinə qatıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi 24 yaşlı yarımmüdafiəçinin keçidini həll edib. İspaniyalı oyunçu ilə 5 illik müqavilə imzalanacaq.
Qeyd edək ki, Lyorente "Real Madrid"in heyətində 2018-2019 mövsümündə bütün turnirlər daxil olmaqla 16 oyuna 2 qol vurub.