Rio-de-Janeyronun "Marakana" stadionunda Amerika Kuboku – 2019-un 1/4 final oyununda Argentina və Venesuela komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, qarşılaşma argentinalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Argentina millisi bu qələbə sayəsində ½ finala çıxıb və burada Braziliya yığmasına rəqib olub. Venesuela isə turniri tərk edib.
Amerika Kuboku. 1/4 final
Venesuela – Argentina - 0:2
Qollar: 0:1 – Martines – 10, 0:2 – Lo Çelso – 74