Braziliyada təşkil olunan Amerika Kubokunda bütün yarımfinalçılar müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, son 1/4 final oyununda Peru Uruqvayı penaltilər seriyasında üstələyib - 5:4. Əsas vaxt ərzində uruqvaylı futbolçular 3 qol vursalar da, heç biri ofsayd səbəbindən qeydə alınmayıb. Bunların son ikisində baş haim Vilton Sampayo VAR-dan yararlanıb.
Penaltilər seriyasında Uruqvay yığmasından Luis Suaresin zərbəsi dəqiq olmayıb. Peru millisinin bütün futbolçuları isə dəqiq olub.
Yarımfinalda Peru Çiliyə, Argentina isə Braziliyaya rəqib olub. Oyunlar 3-4 iyulda Bakı vaxtı ilə gecə saat 5:30-da start götürəcək.