
UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 8 qarşılaşma təşkil olunub. “Qəbələ”nin sabiq baş məşqçisi Roman Qriqorçukun rəhbərlik etdiyi Qazaxıstan “Astana”sı Rumıniya təmsilçisi ÇFR-i qəbul edib. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb.
Günün ilk 5 oyununda tərəflərdən hansısa biri qalib gəlibsə, son 3 matçda heç-heçə qeydə alınıb.
Çempionlar Liqası
I təsnifat mərhələsi, ilk oyunlar
9 iyul
17:00. “Astana” (Qazaxıstan) – ÇFR (Kluj, Rumıniya) - 1:0
18:00. “Ararat-Armenia” (Ermənistan) - AIK (İsveç) - 2:1
20:00. HİK (Finlandiya) – “HB Torshavn” (Farer adaları) - 3:0
20:00. “Nımme Kalyu” (Estoniya) – “Şkendiya” (Makedoniya) - 0:1
21:45. “Sarayevo” (Bosniya və Herseqovina) – “Seltik” (Şotlandiya) - 1:3
22:00. “Düdelanj” (Lüksemburq) – “Valletta” (Malta) - 2:2
22:00. “Suduva” (Litva) – “Srvena Zvezda” (Serbiya) - 0:0
22:00. TNS (Uels) – “Ferronikeli” (Kosovo) - 2:2
Qeyd edək ki, Azərbaycan çempionu “Qarabağ” I təsnifat mərhələsində Albaniya “Partizani”si ilə ilk oyununu iyulun 10-da səfərdə keçirəcək. Matç Bakı vaxtı ilə saat 19:30-da başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq.