"Rəqib güclüdür. Amma biz 90 dəqiqə mübarizə aparmağa hazırıq. Ötənilki səhvləri buraxmaq istəmirik".
Sportnet.az-ın Moldovanın paytaxtı Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Kirilo Petrov Kişinyovda "Sperantsa" ilə keçirəcəkləri Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib. Ukraynalı müdafiəçi bildirib ki, rəqibi yaxşı analiz ediblər. Lakin o, ətraflı danışmaq istəmədiyini söyləyib: "Baş məşqçimiz Roberto Bordin bizə onların zəif və güclü tərəflərini göstərib. Yaxşı nəticə əldə etməyə çalışacağıq".
Qeyd edək ki, iyulun 11-də "Zimbru" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.