Növbəti mövsümün hazırlıqlarına Bakıda başlayan "Keşlə" təlim-məşq toplanışı üçün Türkiyəyə yollanacaq.
Sportnet.az-ın məlumatına görə, iyulun 27-dən avqustun 5-dək davam edəcək hazırlıq prosesi Bolu vilayətinin Gerede şəhərində keçiriləcək.
Qəsəbədə yerləşən “The Sign Esentepe Hotel & Ski Center” otelində məskunlaşacaq Keşlə FK toplanış çərçivəsində 3 yoxlama matçı keçirməyi planlaşdırır.
Belə ki, iyulun 31-də komanda Türkiyənin 1 liqa təmsilçisi "OsmanlıSpor" ilə qarşılaşacaq. Oyun “Bolu Koru Hotels Spa & Convention” otelinin stadionunda baş tutacaq.
Növbəti oyunların avqustun 2-də və 4-də keçirilməsi gözlənilir. Hələ ki, rəqiblər bəlli deyil.